Amerikada növbəti atışma: 5 ölü

ABŞ polisi Bostonda baş vermiş 4 silahlı insident barədə araşdırmalar aparır. Bu silahlı insidentlər nəticəsində 5 nəfər həyatını itirib.
 
Maide.az xəbər verir ki, Asoşeyted Press-in verdiyi məlumata görə, çərşənbə günü yerli vaxtla saat 8:40 radələrində, Masaçuset Texnologiyalar İnstitutunun yaxınlığında, Kembricdə bir nəfər bir avtomobilinin daxilində odlu silahdan açılan atəş ilə qətlə yetirilib. 
 
Daha 3 nəfər isə çərşənbə günü Bostonun Roksberri məntəqəsində hədəfə alınıb. Onlardan ikisi hadisə yerinə həyatını itirib. Təqribən 5 dəqiqə sonra daha 3 nəfər Matapan məhəlləsində hücuma məruz qalıb. Bu hadisədə onlardan biri ölüb. Digər iki nəfərin həyatda olduğu bildirilir. 
 
Cümə axşamı günü səhər saatlarında polis bildirib ki, Everett məntəqəsində, bir qadın avtomobil dayanacağında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Baş verən bu cinayətlər arasında hansısa bağın olduğu hələ ki, müəyyən edilməyib.

Google+ WhatsApp ok.ru