Türkiyədə daha 43 nəfər fətullahçı tutuldu

Türkiyədə təhlükəsizlik qüvvələrinin müxaliflərə qarşı yeni əməliyyatında 43 nəfər həbs olunub. Maide.az-ın məlumatına görə, təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyat Konya şəhərindən olub. 
 
Bildirilir ki, Təhsil Nazirliyinin başçıları, həmçnin Konya universitetlərindən birinin sabiq rektoru həbs olunanlar arasındadır. 
 
Bundan öncə də Türkiyənin polis qüvvələri İstanbulda və 13 vilayətdə eyni vaxtda Türkiyə rəsmilərinin paralel dövlət adlandırdıqları Hizmet hərəkatı adlı qrupun tərəfdarlarına qarşı əməliyyat keçiriblər. 
 
Türkiyə dövləti paralel dövlətin bu ölkənin polisi və məhkəmə aparatına nüfuz etdiyini iddia edir və onunla mübarizə üçün əməliyyata başlayıb.

Google+ WhatsApp ok.ru