Amerikada yaşayan şiələr anti-terror aksiyası keçiriblər

İmam Hüseyn (ə) İŞİD kimilərə qarşı qiyam edib

 
ABŞ-ın Vaşinqton şəhərində yaşayan yüzlərlə şiə öz illik yürüş mərasimini terror aktı qurbanları üçün dua və terrorizm, zorakılıq və radikallıq əleyhinə şüara çeviriblər.
 
Maide.az-ın məlumatına görə, aksiya iştirakçıları məşhur "DuPont" meydanı ilə Ağ Ev yaxınlığındakı "Lafayette" parkı arasında olan bir neçə saatlıq məsafəni qət ediblər.
 
Onlar əllərində İmam Hüseyn (ə) bayrağını tutaraq, terror qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, nizamlı addımlarla paytaxt küçələrində hərəkətə başlamış və Sülh çağırışını çatdırmaq məqsədilə nizam-intizam və həmrəylik nümunəsi nümayiş etdiriblər.
 
Mərasim iştirakçıları arasında, insanlar yoldan keçənlərə yemək və içki paylayıblar. Bununla da, onlar Amerika vətəndaşları ilə sülh və fədakarlıq çağırışını paylaşıblar.
 
Şiələr. Habelə Ərbəin münasibətilə Hz İmam Hüseyn (ə)-a əzadarlıq ediblər.
 
Tədbirdə bir sıra tanınmış müsəlman şəxsiyyətləri qısa çıxışlarla, ötən həftə Kaliforniyanın San-Bernardino şəhərində baş verən terror aktını pisləyərək, İŞİD terror qruplaşmasına və radikallara qarşı kəskin mövqe sərgiləyiblər.
 
İmam Hüseyn (ə) 1400 il əvvəl İŞİD kimilərə qarşı qiyam edib
 
Həyat yoldaşı ilə birgə bu aksiyada iştirak edən Zəhra Rza adlı bir müsəlman xanım ABŞ-da İslamofobiyanın yayılması haqda bunları deyib: İndi gördüyümüz mənzərə İslamofobiyaya xarakterikdir, hətta Amerikada bir sıra müsəlmanlar evdən çıxmağa belə qorxurlar.
 
O əlavə edib: Bununla belə, biz evdən çıxmalı və öz dinimizin sözünü və həqiqətini başqalarına bəyan etməliyik. İŞİD - 1400 il əvvəl İmam Hüseyn (ə) qiyam edərək onlara qarşı mübarizəyə qalxdığı bir dəstəyə aiddir. /
 

Google+ WhatsApp ok.ru