Amerikalı həmsədr Qarabağı Belqradda müzakirə edəcək

ATƏT-in Minsk Qrupunun amerikalı həmsdəri Ceyms Uorlik təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılmaq üçün Belqrada yollanıb.
 
Virtualaz.org bildirir ki, bu barədə amerikalı diplomat özünün Twitter səhifəsində yazıb.
 
“ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqraddakı toplantısı sabah öz işinə başlayacaq. Mən yola çıxmışam”, - deyə Uorlik qeyd edib.
 
Qeyd edək ki, ATƏT XİN Şurasının növbəti toplantısı dekabrın 3-4-də keçiriləcək. /

Google+ WhatsApp ok.ru