Amerikalı həmsədr Dağlıq Qarabağa gedib

Amerikalı həmsədr Dağlıq Qarabağa gedib

ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Endryu Şofer Dağlıq Qarabağa tanışlıq səfəri edib.
 
Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, E. Şofer separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlər müzakirə edilib. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıblar.
 
E. Şofer görüşdən sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə tanışdır: "Bu, həqiqətən mürəkkəb problemdir. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə müntəzəm olaraq regiona səfərlərimizi davam etdiririk”.
 
Qeyd edək ki, həmsədrlər oktyabrın 6-da Yerevanda, 7-də Bakıda olacaqlar. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarkisyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.
 

Google+ WhatsApp ok.ru