Amerikalıların 61-faizi hesab edir ki, ABŞ hörmətini itirir

«Pew Research» şirkətinin keçirdiyi sorğuda iştirak etmiş amerikalıların 61%-i hesab edir ki, ölkə əvvəlkinə nisbətən dünyada hörmətini itirib. Yalnız 14% amerikalı düşünür ki, ABŞ-ın başqa ölkələrdə hörməti yüksəlib.
 
Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, sorğu iştirakçılarının 53%-i ABŞ-ın qüdrətinin azaldığını bildirib. Qeyd olunur ki, 2004-cü ildə bu göstərici cəmi 20% təşkil edirdi.
 
Bununla birlikdə fikri soruşulanların 72%-i əmindir ki, ABŞ dünyada aparıcı hərbi gücdür. 54% amerikalı isə hesab edir ki, onların ölkəsi aparıcı iqtisadi gücdür.

Google+ WhatsApp ok.ru