Amerikalı ziyalılar İsrail rejiminin yerləşmə siyasətini boykot etməyə çağırdı

Amerikalı ziyalılar İsrail rejiminin yerləşmə siyasətini boykot etməyə çağırdı

 
70-dən çox amerikalı ziyalı və akademik imzaladıqları açıq məktubla İsrail rejiminin məskunlaşma siyasətini və onların məhsullarını boykot etməyə çağırıblar.
 
Maide.Az xəbər verir ki, işğalçı İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə, bu məktubu imzalayanlar onu "Nyu-York kitabının araşdırlıması"  (The New York Review of Books) adı altında çap ediblər.
 
Onlar bu məktubda Amerika dövlətindən istəyiblər ki, bu qəsəbələri ticari mənfəətlərdən məhrum etsin və işğalçı rejimin iqtisadi qurumları üçün qərb sahilində vergi güzəştləri tətbiq etməsin.
 
Əlbəttə bu məktubu imzalayanlar İsrail rejimi olan qəsəbələrə boykot çağırışı edib, nəinki fələstinlilərin yaşadığı məntəqələri.
 
Fələstinin işğalından bəri İsrail rejimi bu ərazilərdə 120 qəsəbə salıb. BMT və bir çox ölkələr İsrail rejiminin bu addımını qeyri-qanuni hesab edirlər. Çünki bu qəsəbələr
1967-ci ildə işğal olunan ərazilərdə salınıb. Cenevrə konvensiyasına əsasən işğal olunmuş ərazilərdə qəsəbə salmaq qadağandır. 
 
Buna baxmayaraq İsrail rejimi fələstinlilərin yaşadığı ərazilərdə onları mühasirə şəraitində saxlayırlar.
 
Bu məktubun yayımlanması, Amerikada Demokratların prezidentliyə namizədi Hillari Klintonun İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə görüşü ərəfəsinə təsadüf edib. /
 
نمایی از ساخت‌وسازهای جدید در شهرک‎ اسرائیلی‌نشینِ نبی یعقوب در شمال‌ بیت‌المقدس شرقی (2 مهر 1395- عکس از خبرگزاری فرانسه)

Google+ WhatsApp ok.ru