Amerika müsəlmanları dərsliklərdə İslam haqqında məlumat verilməsini qadağan edən layihəyə etiraz etdi

Amerika Müsəlmanlarının Hüquq Müdafiə Təşkilatı Tennesi ştatının  əhalisini dövlət məktəblərində “Dini Doktrina” adlı layihənin təsdiq olunmasına qarşı çıxmağa çağırıb.
Maide.az xəbər verir ki, Tennesi  ştatının Kolumbiya şəhərinin respublikaçı senatoru Xanım Bat iddia edib  ki, “Dünya Tarixi” dərsliyinə salınan İslama dair yazılar orta məktəb üçün “məqsədəuyğun” deyil. Buna görə, o 10 yaşdan aşağı şagirdlər üçün “Dini Doktrina”-nın tədris edilməsini qadağan edən qanun layihəsi hazırlayıb.
 Bu layihəyə cavab olaraq, ABŞ-da ən böyük Müsəlman Hüquq Müdafiə Təşkilatı sayılan Amerika- İslam Əlaqələri Şurası layihəyə etiraz edərək Tennesi əhalisini “Dini Doktrina” layihəsinə qarşı çıxmağa çağırıb.
Şura öz bəyanatında bildirib: Xanım Bat kimi islamofoblar anlaya bilməzlər ki, dünya tarixinin əhəmiyyətli bir hissəsi olaraq bir dini tanımaqla konkret dini inancları şagirdlərə aşılamaq arasında fərq var. Tennesi-də uşaqların təlimi antiislam xurafatlarına görə təxirə salınmamalıdır.
Qeyd edək ki, senator xanım Bat guya bir neçə valideynin şikayəti əsasında bu layihəni hazırlayıb. Valideynlər guya uşaqlarının İslamın 5 üsulu və “La İlahə İlləllah” ibarətini öyrənməsinə istəmədikləri üçün xanım senator belə bir layihə hazırlayıb. /
 
 

 

Google+ WhatsApp ok.ru