Amerika müsəlmanları terrorizmi pislədiklərini belə elan etdilər -FOTO

ABŞ-ın Sent-Luis şəhərində yaşayan müsəlmanlar şəhərin müxtəlif bölgələrində quraşdırılmış billboardlar üzərində müsəlmanların terrorizimi pislədiklərini elan ediblər. 
Maide.az xəbər verir ki,  elektron ekranlı billboardlar  üzərində yazılan bu mesajlar şəhərin 7 əsas küçəsində quraşdırılıb. Onun üzərində yazılıb “Biz Amerika müsəlmanları  terrorizmi pisləyirik”. 
Amerikada getdikcə artan islamofob vəziyyətdən narahat olan bir qrup müsəlman bu layihəni həyata keçirir. Layihənin icraçılarından biri deyib ki, biz müsəlmanlar terrorizimi pisləyirik və istəyirik ki, cəmiyyətdə terrorizmlə mübarizədə bizimdə rolumuz olsun. /
 
 

Google+ WhatsApp ok.ru