İran parlamentinə hücum edənlərdən biri tutulub, atışma davam edir - YENİLƏNİB-4

İran parlamentinə hücum edənlərdən biri tutulub, atışma davam edir - YENİLƏNİB-4

Son məlumata görə,  İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komisiyyasının sözçüsü Nəqəvi Hüseyni bildirib ki,  bu gün parlamentdə  baş verən atışmada 4 silahlı olub ki, onlardan bir nəfəri həbs olunub.  
 
Digər 3 nəfər isə parlamentin mərtəbələrində atışmanı davam etdirir.
 
Digər bir məlumata görə, parlamentdə yaralananların sayı 8 nəfərə çatıb. 1 nəfər həlak olub.
 
***
İran parlamentinə hücum edən şəxslərin 3 nəfər olduğu bildirilir. Onlardan iki nəfəri klaşinkov markalı  avtomatla 1 nəfəri isə tapança ilə atəş açır.  Parlament nümayəndələrinin canını qorumaq üçün onlar otaqlarda həbs olunub.  Hələlik atışma binanın daxilində davam edir. 
 
İran prezident aparatı,  və digər qurumlarda təhlükəsizlik tədbirləri gücləndirilib.  
Prezidentin iqamətgahı və apartaın ərazisinə heç kəsin girişinə icazə verilmir.   Parlamentdə mühafizəçilərdən inidyədək  3 nəfərin yaralandığı və 1  nəfərin  öldürüldüyü bildirilir. 
 

***

Maide.Az xəbər verir ki, İranın İribnews saytınını məlumatına görə, İmam Xomeynin hərəminə hücum edən şəxslərdən iki nəfər həbs olunub. Bİr nəfər isə  özünü partladıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. 

Tehranın Təcili Tibbi Yarıdım xidmətinin rəsidi bildirib ki, İmam Xomeynin hərəmində bir neçə nəfər yaralanıb. Onların xəstəxanalara çatdırılması üçün təcili yardım xidmətləri göndərilib.  Hələlik yaralıların sayından xəbər yoxdur.

Digər məlumatlara görə, parlamentə hücum edən şəxslər və mühafizəçilər arasında atışma davam edir.

 

***
 
Bu gün səhər silahlı şəxs İmam Xomeyinin (r.ə) hərəminə girərək  odlu silahdan atəş açıb.
 
Maide.Az İranın jamnews xəbər saytına istinadən xəbər verir ki,  silahlı şəxsin açdığı atəş nəticəsində bir neçə nəfər yaralanıb.
 
Əlavə məluamt verilməyib.
 
Bu gün səhər  İran İslam Respublikasının Milli Məclisində atışma olub.
 
İranın “Fars” və “Mehr” Xəbər Agentlikləri məlumat yayıb. Məlumatlarda bildirilir ki, hazırda parlamentdə atışma səsləri eşidilir. İlkin məlumata görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, mühafizəçilərdən birini öldürüb.
 
İran parlamentindəki millət vəkili Hüseyn Nəqəvi deyib ki, sİlahlı şəxslər parlamentin binasına girərək atəş açıblar.  Atışma hələdə davam edir. 
 

Google+ WhatsApp ok.ru