Amerika polisi daha bir qaradərilini belə güllələdi - VİDEO

Amerika polisinin yeni cinayəti Karolina ştatının əhalisini şoka salıb. Maide.az-ın BBC-yə istinadla verdiyi məlumata görə, Cənubi Karolina rəsmiləri vətəndaşın qətlə yetirilməsi videosunun yayılması və küçə etirazlarının baş verməsindən sonra narahatlıqların artmasına görə polis zabiti Maykl Slegeri qəsdən adamöldürmədə ittiham ediblər. 
 
Sleger şübhəlinin onun elektro-şokunu oğurladığını iddia edib. Halbuki silahlı olmayan 50 yaşlı Valter Skota 8 dəfə atəş açıb və sonra öz elektro-şokunu onun kənarına atıb. 
 
Hadisə arxa lampası qırılan "Mersedes" markalı avtomobilin polis tərəfindən saxlanılmasından sonra baş verib.

Google+ WhatsApp ok.ru