Amnesty İnternational: Ərəbistanlı hüquq mdafiəçisi 10 il həbsə məhkum olub

“Beynəlxalq Amnistiya” Təşkilatı bildirib ki, Ərəbistan rejimi bu ölkənin vətəndaşı olan hüquq müdafiəçisi Əbdülkərim Əl-Xezri qalmaqallı Terrorizmlə Mübarizə haqqında Qanuna əsasən 10 il müddətinə azadlıqdan məhrum edib.
 
Maide.az xəbər verir ki, Amnesty İnternational Təşkilatı bazar ertəsi günü məhkəmənin hüquq müdafiəçisi haqqında çıxardığı hökmü pisləyərək bildirib ki, o siyasi islahatlar və insan hüquqları sahəsində azadlıq tələbi səbəbindən Ərəbistan rejimi tərəfindən mühakimə və həbsə məhkum edilən və 11 üzvü olan  “Həsm” vətəndaş və siyasi hüquqlar Cəmiyyətinin qurucularındandır.   
 
Mənzil-qərargahı Londonda yerləşən bu qeyri-hökümət təşkilatı bildirib ki Ərəbistan rəsmiləri ölkədə Vətəndaş Cəmiyyətinin kökünü kəsmək üçün Terrorizmlə Mübarizə haqqında Qanunundan repressiv və qeyri-şəffaf üsullarla istifadə edir.
 
“Amnesty İnternational”- ın hesabatında göstərilir ki, Əbdülkərim Əl-Xezr 2013-cü ilin iyununda 8 il müddətinə azadlıqdan məhrum edib, lakin Apellyasiya Məhkəməsi bu hökmün icrasınını təxirə salıb. /

Google+ WhatsApp ok.ru