Kaliforniyada sünnülərlə şiələr bir məsciddən istifadə edir

ABŞ-ın Kaliforniya əyalətinin şimalında fəaliyyət göstərən Məscid və İslam Mədəniyyət Mərkəzi incəsənət, festival və toplantılar təşkil etmək vasitəsilə Amerikada şiələrlə sünnülər arasında körpü əlaqələrini möhkəmləndirmək üçün çalışır.
Maide.az xəbər verir ki, Kaliforniya əyalətinin şimalındakı məscidin imamı və İslam Mədəniyyə Mərkəzinin rəhbəri Əli Şeyx-ul İslami deyib: Düşünürəm ki, bu arada itən bir şey varsa, o da gözəllikdir. Diqqətlər İslamın gözəlliyinə və onun zəngin tarixinə yönəldilməlidir.
O, həmçinin Şiələrlə Sünnülər arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün həmin Məscid və İslam Mədəniyyət Mərkəzi tərəfindən göstərilən xidmətlər haqqında bunları deyib: Bu İslam Mədəniyyət Mərkəzi öz əzəmətli binasında müxtəlif ədəbi proqramlar həyata keçirməklə islam Məzhəbləri arasında bir koordinasiya modeli yaratmağa çalışır.
Kaliforniya İslam Mədəniyyət Mərkəzinin rəhbərlərindən olan “Azita Səyyah” bildirib: Bu məsciddə qara və ağ dərili, asiyalı və başqa, Sufi, Şiə və Sünni olmaqla bütün müsəlmanlar öz xüsusi geyimdə gəlirlər. Bu hər yerdə görünməyən unikal bir təcrübədir.
Kaliforniyanın şimalındakı Məscid və İslam Mədəniyyət Mərkəzinin banilərindən olan Əhməd Şeyxulislami qeyd edir ki, bu mərkəzin əsası İran şiələri tərəfindən qoyulsa da, lakin hər bir şəxsi qəbul edir. / 
 

Google+ WhatsApp ok.ru