Ankarada ələvilərin evlərinə işarələri çəkilir

Maide.az-ın xəbərinə görə, Türkiyənin paytaxtı Ankaranın Batıkent səmtində iki cəm evi arasında qalan, əksəriyyəti ələvi vətəndaşların yaşadığı bölgədəki mənzil qapıları, dayanacaqlar, transformatorlar, səkilər, hətta ancaq pultla giriş edilə bilən qarajlar belə işarələnib. Bir mənzilin divarına isə "toplama" və "vurma" işarələri ilə yanaşı, "rədd olsun" yazısı yazılıb. Adının çəkilməsini istəməyən bir mənzil sahibi vəziyyəti polisə bildirdiklərini, ancaq "əllərində kimin etdiyinə dair görüntü olmadığı" üçün "işarələrin üstünü boyayın" dediyini və işarələrin qısa müddət ərzində boyandığını bildirib.

Google+ WhatsApp ok.ru