Britaniya, ölkədə ən böyük məscidin inşasına icazə vermədi

Britaniya höküməti “Təbliği Camaat” İslam Hərəkatının ölkədə ən böyük məscidin inşası ilə bağlı layihəsinin qarşısını alıb.
 
Maide.az xəbər verir ki, Londonun “Olimpik Park” ətrafında inşası nəzərdə tutulan məscidin tutumu əsas zalda təxminən 9300 nəfər və daha ayrıca bir zalda isə 2000 nəfər təxmin edilirdi.
 
“Təbliği Camaat” Hərəkatı öz layihələrində məscidin sahəsini Müqəddəs Paul kilsəsinin sahəsindən üç dəfə artıq nəzərdə tutmuşdu.
 
Məscidin inşası ilə bağlı uzun illərdir davam edən keşməkeş bir çox süni ənggəllərlə yadda qalıb.
 
İslam Britaniyada ikinci ən böyük din hesab edilir- ölkədə 2.706.66 müsəlman, 600 məscid və 60 mədrəsə var.
 
Britaniya müsəlmanları daim nifrətdən qaynaqlanan cinayətlərə hədəf olurlar.
 
Məlumatlara əsasən, 2015- ci ilin iyul ayınadək son 12 ay ərzində müsəlmanlara qarşı nifrətdən qaynaqlanan ümumilikdə 816 cinayət qeydə alınıb. Bu rəqəm 2013-2014-cü illərin müvafiq dövründə 478 fakt olub. /
 
Məscidin ətrafında salınacaq yaşılıq zolağından hazırlanmış layihə.
 
 
Tikintisinə icazə verilməyən məscid layihəsi 

Google+ WhatsApp ok.ru