Ankarada baş verən partlayışda deputatlığa namizəd həlak olub

Ankarada bir neçə təşkilatların dəstəyi ilə keçirilən sülh mitinqində baş verək terror hadisəsində ölənlərin içində HDP-dən deputatlığa namizəd olan Kübra Meltem Mollaoğlu da həyatını itirmişdir. 
 Maide.az CNN -ə istinadən xəbər verir ki, bu barədə HDP-dən olan İstanbul millətvəkili sosial şəbəkədə açıqlama vermişdir.
Qeyd edək ki, bu gün Ankarada baş verən terror hadisəsində dünyasını dəyişənlərin sayı saat-basaat artmaqdadır. Qanlı hadisə ilə bağlı üç nazirin birlikdə keçirdiyi mətbuat konfransında, Səhiyyə naziri Mehmet Müəzzinoğlu terrorda ölənlərin sayının 86 nəfərə yüksəldiyini və 186 nəfərin də yaralandığını, 28 nəfərin də xəstəxanalarda ağır vəziyyətdə olduğunu bildirmişdir. 
Xatırladaq ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu, Ankarada baş verən terror aktı ilə bağlı açıqlama yaymışdır. 
Baş nazir terrorda dünyasını dəyişənlərin ailələrinə başsağlı verərək, üç günlük matəm elan edildiyini elan edib. /

Google+ WhatsApp ok.ru