NATO-nun Kabildə 5 əməkdaşı ölüb

Əfqanıstandakı NATO koalisiyası bildirir ki, iki Britaniya hərbçisi daxil olmaqla, 5 əməkdaşı Kabildəki qərargahda vertolyot qəzasında həlak olub. Qəza “qeyri-düşmən” şəraitində baş verib.
 
Oktyabrın 11-də baş vermiş insidentdə beş nəfər də yaralanıb. Hazırda insident araşdırılır.
 
Həlak olanların və yaralıların milliyyəti açıqlanmayıb. Sadəcə, Britaniya iki hərbçinin öldüyünü bildirib, bunun bir qəza olduğunu təsdiqləyib.  /

Google+ WhatsApp ok.ru