Annan illər əvvəl baş vermiş hadisənin həqiqətini açdı: RAZI DEYİLDİM

Maide.az-ın məlumatına görə, BMT-nin sabiq baş katibi Kofi Annan Moskvaya etdiyi səfər zamanı çıxışında bildirib ki, İraqın bugünkü vəziyyətini Amerikanın 2003-cü il hücumu ilə əlaqəsiz hesab etmək olmaz. 
 
Annan əlavə edib: Amerikanın hücumu təkcə bir müdaxilə deyil, İraq ordusunun məhvinə səbəb oldu. Belə ki, onun mənfi nəticələri İŞİD-in İraqa hücumunda tam şəkildə müşahidə olunur. 
 
BMT-nin sabiq baş katibi deyib: "Amerika İraqın qurumları və infrastrukturlarını məhv etdi və bu ölkədə böyük boşluq yaratdı. Nəticəsi isə bugünkü İraqın zəif olmasıdır." 
 
Annanın sözlərinə görə, o BMT-yə başçılığı dövründə İraqa hücumu dəstəkləməyib və İraqa hücumun BMT əsasnaməsi çərçivəsində olmadığına inanırdı.

Google+ WhatsApp ok.ru