Malalaya hücum edənlərə ömürlük həbs

Pakistanda Taliban tərəfindən silahlı hücum təşkil olunan Malala Yusufzayın təcavüzkarlarına ömürlük həbs cəzası verildiyi bildirildi.
 
Maide.az-ın məlumatına görə, hücumla bağlı açılan cinayət işinə baxan Svat Vadisi Terrorla Mübarizə Məhkəməsi hücumda yer alan 10 Taliban üzvünü mühakimə edib. 
 
Pakistan ordusu ötən il sentyabr ayında Malala Yusufzay silahlı hücum təşkil edən "Zəfər İqbal" adlı 10 nəfərlik qrupun keçirilən əməliyyatda Şimali Vəziristanda tutduqlarını açıqlamışdı.
 
Pakistanda qızların məktəbə getməsi üçün apardığı mübarizə səbəbindən Pakistan Talibanının hədəfi halına gələn Yusufzay 9 oktyabr 2012-ci il tarixində Svat vadisində Taliban tərəfindən təşkil olunan silahlı hücumda başından və boynundan xəsarət almışdı.

Google+ WhatsApp ok.ru