Bağdadda törədilən partlayış nəticəsində 10 nəfər ölüb

Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 30-dan çoxu xəsarət alıb.
 
İnsident Bağdadın şimalında yerləşən bazarda, avtobus dayanacaqlarının yanında qeydə alınıb.
 
Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, onun arxasında "İŞİD”-in olduğu ehtimal edilir.
 
Bundan əvvəl Bağdadın beynəlxalq hava limanı yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər xəsarət almışdı. 

Google+ WhatsApp ok.ru