Arakanda yeni kütləvi məzarlıq aşkar edildi

Arakanda yeni kütləvi məzarlıq aşkar edildi

-- kənd Myanma ordusu tərəfindən yandırılaraq məhv edilib

Myanmanın Arakan bölgəsində müsəlman əhaliyə işgəncə və zülmün miqyasını göstərən 5 yeni kütləvi məzarlıq aşkar edilib.
 
Maide.Az "Dünya bülteni"nə istinadən xəbər verir ki, məzarlıqlar "Assoşieytd Press" agentliyinin peyk vasitəsilə araşdırmaları və şahidlərlə müsahibələrindən sonra ortaya çıxarılıb.
 
Həmin məzarlıqlar Arakan əyalətinin Buthidaunq bölgəsindəki Qu Dar Pyin kəndində tapılıb.
 
Məlum olub ki, kənd Myanma ordusu tərəfindən yandırılaraq məhv edilib.
 
İlkin ehtimala görə, kütləvi məzarlıqda 400-ə yaxın cəsəd var. Şahidlərin bildirdiyinə görə, Myanma əsgərləri kəndə daxil olaraq yaşlı-uşaq ayırd etmədən hər kəsi atəşə tutub.
 
Bundan başqa, əhalini kəndin bir hissəsinə toplayaraq kütləvi şəkildə güllləbaran ediblər.
 
Qeyd edək ki, ötən ilin 25 avqustundan etibarən 650 mindən çox arakanlı müsəlman işgəncə və zülmdən qaçaraq Banqladeşə sığınıb. Bölgədə 350-yə yaxın müsəlman kəndi yandırılıb.

Google+ WhatsApp ok.ru