Görmə qüsurluların 3-cü Beynəlxalq Quran Yarışması keçiriləcək

Görmə qüsurluların 3-cü Beynəlxalq Quran Yarışması keçiriləcək

-- Müraciət üçün son tarix 7 martdır

İslam Dünyası 3-cü Beynəlxalq Görmə Qüsurlular Quran Yarışması üçün iştirakçılara dəvətnamələrin göndərilməsinə start verilib.
 
Maide.Az "İQNA"ya istinadən xəbər verir ki, yarışma 19-26 apreldə İranda baş tutacaq.
 
Müsabiqədə yalnız kişi iştirakçılar əzbər və qiraət üzrə bacarıqlarını ortaya qoyacaqlar. Ötən ilin iştirakçılar builki yarışmaya buraxılmayacaqlar. Bundan başqa, yaşı 18-45 arasında olanların iştirakına icazə veriləcək.
 
İştirakçılar viza müraciətləri, gediş-gəliş və qonaqlama xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq. Hər iştirakçının yanında bir nümayəndəyə icazə veriləcək.
 
Müraciət üçün son tarix 7 martdır. Ətraflı məlumatı www.quran.ir saytından əldə etmək olar.
 

Google+ WhatsApp ok.ru