Aralıq dənizində növbəti faciə: 200 mühacir suda boğuldu

Liviyadan İtaliyaya qaçaq yolla getmək istəyən afrikalıların gəmisi batıb.
Maide.az xəbər verir ki, içərisində 400 mühacirin olduğu gəmi Liviya sahillərindən biraz uzaqlaşandan sonra batıb.
200 nəfərin ümidləri özü ilə bərabər dənizdə batıb. Xilasedicilər 200 nəfərin həyatını isə qurtara bilib.
Xilas edilənlərdən 147 nəfər Trablus şəhərinin yaxınlığındakı Sabrathadakı saxlama məntəqəsinə aparılıb.
Məlumat üçün bildirək ki, bu il dəniz yolu ilə Avropaya keçmək istəyən 2300-dən çox afrikalı suda boğulub.//

Google+ WhatsApp ok.ru