Çin donanması həqiqi raketlərlə təlim keçirib

Maide.az xəbər verir ki, "Şinhua" xəbər agentliyinin hərbi mənbələrə əsaslanaraq verdiyi məlumatda, təşkil olunan təlimdə həqiqi raketlərlə yanaşı mindən çox döyüş gəmisinin, onlarca döyüş təyyarə və raket atış sistemlərinin yer aldığı qeyd olunub.
 
Təlim zamanı çoxlu sayda raket, top mərmisi və bomba istifadə edildiyi bildirilir. Təlimdə donanmanın müxtəlif gücləri ilə hava qüvvələrinin koordinasiyanın test edildiyi açıqlanıb.
 
Digər tərəfdən Çin Müdafiə Nazirliyi Çin və Malayziya arasında da sentyabr ayında hərbi təlim keçiriləcəyini və  təlimdə yenə həqiqi raketlərdən istifadə ediləcəyini açıqlayıb.
 
Bu təlim Çinin son iki ay ərzində həyata keçirdiyi üçüncü böyük təlim oldu. Avqust ayının əvvəlində Cənubi Çin dənizində və iyul ayında da Sarı dənizdə daha iki təlim keçirmişdi.

Google+ WhatsApp ok.ru