Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək

Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək

Astanada elm və texnologiyalar üzrə İslam Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. 
 
Maide.Az xəbər verir ki, İrimiqyaslı tədbir 2017-ci il üçün nəzərdə tutulub. 
 
Asiya parlamentlərarası forumunda Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatullin bildirib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev elm və texnologiyalar üzrə 2017-ci ildə İƏT sammiti keçirməyi təklif edib. "Biz beynəlxalq birliklə, xüsusilə də yeni texnologiyaların və elminin inkişafı sahəsində əməkdaşlıq üçün həmişə açıqıq."
 
Qeyd edək ki, bu günlərdə Qazaxıstanın paytaxtında Asiya parlamentlərarası forumu keçirilir. Forumun əsas müzakirə mövzuları arasında elm və texnologiyalar sahəsində yenilik, qanunvericilik bazasının yaradılması və.s olub.
 
Bu mövzuda iş təcrübələrini Mali, Əlcəzair, Hindistan, Banqladeş, Qambiya, Azərbaycan, Misir, Pakistan kimi ölkələrdən olan deputatlar, alimlər və ekspertlər bölüşüblər.
 

 

Google+ WhatsApp ok.ru