Pakistan prezidenti ölkə əhalisindən fəxrlə danışdı

`Bu gün biz dünyada əhali sayının çoxluğuna görə 6-cı yerdəyik, 2050-ci ildə isə 5-ci yerdə ola bilərik`

Pakistan prezidenti Məmnun Hüseyn Bəhriyə Universiteti və Pakistan Əhalisinin Məskunlaşdırma Assosiasiyası tərəfindən təşkil edilmiş 15-ci beynəlxalq elmi-praktik konfransda iştirakı zamanı bildirib ki, "Pakistanda əhali artımının tempi 1,95% təşkil edir. Bu digər müsəlman ölkələrindən daha yüksək faizdir. Müstəqillik illərində əhali sayımız  6 dəfə artıb. Bu gün biz dünyada əhali sayının çoxluğuna görə 6-cı yerdəyik, 2050-ci ildə isə 5-ci yerdə ola bilərik". 
 
Maide.az-ın məlumatına görə, o qeyd edib ki, pakistanlı qadınlar daha çox uşaq dünyaya gətirirlər nəinki İndoneziya, Banqladeş, Türkiyə və İran kimi digər müsəlman ölkələrdə.
 
Prezident həmçin əhali artımının yarada biləcəyi problemlərdən də narahatçılığını dilə gətirib. O qeyd edib ki, bununla bağlı Pakistanın qarşısında məhdud resursların balanslarşdırılması sualı durur: "Ağılla investisiya yatırmaq lazımdır. Ölkə iqtisadiyyatının möhkəmlənməsi üçün, pakistanlıların gələcək həyatının daha da çiçəklənməsinə yardım edəcək düzgün müəssisələr və təhsil müəssisələri yaradılmalıdır". //

Google+ WhatsApp ok.ru