Atəşkəs pozulub 12 Noyabr 2015 02:00 Qarabağ xəbərləri Maide.az-ın məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Gülüstan, Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Qızıloba,, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Baş Qərvənd, Şıxlar, Novruzlu, Mərzili, Qaraqaşlı, Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 90 dəfə atəş zərbəsi endirib. Teqlər : #Atəşkəs pozulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Kommersant” Qarabağ üzrə sülh planından yazdı Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşı geri qaytarılıb
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni