Avstraliyada 8 uşağın öldürüldüyü ev söküləcək

Avstraliyanın Queensland əyalətinin Cairns şəhərində 8 uşağın bıçaqlanaraq öldürüldüyü evin sökülərək yerində abidə ucaldılacağı bildirilib.
 
Maide.az xəbər verir ki, Cairnsdə 19 yanvar tarixində 7 uşağını və 1 qardaşı oğlunu öldürən 37 yaşlı Raina Mersa-na Ina Thaiday bu gün məhkəmə qarşısına çıxarılıb.
 
Thaidayın vəkili Stiv Macfarlane ruhi xəstələrin cinayət işlərinə baxılan məhkəmədə mühakimə olunmaq barədə vəsatət qaldırsa da, məhkəmə bunu rədd edib. İlk iclasda Thaiday iştirak etməyib.
 
Məhkəmə növbəti məhkəmə iclasının 30 yanvar 2015-ci il tarixində keçirilməsinə qərar verib.
 
Digər tərəfdən, 8 uşağın bıçaqlanaraq öldürüldüyü evin sökülərək yerində abidə ucaldılacağı bildirilib. Bu barədə ailə nümayəndələri, bölgədə yaşayanlar və əlaqədar orqanlarla danışıqlar aparıldıqdan sonra belə bir qərar  qəbul edilib.

Google+ WhatsApp ok.ru