Roma Papası Katolik Kilsəsinin rəhbərliyini topa tutdu

Roma Papası Kilsə rəhbərliyinin "ruhani alzeymer" və "ulduz xəstəliyi"nə tutulduğunu söyləyib.
 
Maide.az xəbər verir ki, Papa Françesko Roma Katolik Kilsəsinin rəhbərliyində 15 "xəstəlik" olduğunu bildirib. Xəstəliklər arasında "özünü ölümsüz zənn etmək", "zehni tutqunluq", "ruhani alzymer", "boşboğazlıq" və sairləri sayan Papa, "rəhbərliyin özünü düzəltməsi və camaat içində müqəddəsliyi və müdrikliyi dirçəltməsi lazım olduğunu" söyləyib.
 
Titul və mükafat arxasınca qaçan və yalnız özlərinə iman edənlərin "rəqabət və özündənrazılıq" xəstəliyindən əziyyət çəkdiyini deyən Papa, ikili həyat tərzi  yaşayanların da "şizofreniya"ya tutulduğunu bildirib. 

Google+ WhatsApp ok.ru