Avstriyada qalmaqallı `İslam Qanunu` qəbul olundu

Avstriya Milli Məclisində 25 fevralda qəbul edilən "İslam Qanun" Məclisin digər qanadı Federal Şurada da müzakirə olunub. Radikal sağçı Avstriya Azadlıq Partiyası (FPÖ) nümayəndələri qanunun yetərli olmadığını irəli sürərək, Milli Məclisə geri göndərilməsini istəyiblər.
 
Maide.az xəbər verir ki, FPÖ adından danışan millət vəkilləri İslamın Avstriyanın bir parçası olmadığını, Avropa dəyərlərinə uyğun gəlmədiyini və qanunun İsalam dayandırmayacağını bildiriblər.
 
Koalisiya hökumətini təşkil edən Avstriya Sosial Demokrat Partiyası (SPÖ) və Avstriya Xalq Partiyası (ÖVP) deputatları isə qanunun müsəlmanlara haqq və məsuliyyət gətirdiyini bildirib.
 
Federal nazir İosif Ostermayer də çıxışında, "İslam Aktının" bir din qanunu olduğunu, antiterror qanunu olmadığını ifadə edərək, qanunun milli və beynəlxalq hüquqa uyğun olduğunu müdafiə edib.
 
Keçirilən səsvermədə qanun səs çoxluğuyla təsdiq olunub. Federal Şuranın təsdiq etdiyi "İslam Qanunu" prezidentin imzasına təqdim olunduqdan sonra rəsmi qəzetdə yayımlananaraq, qüvvəyə minəcək.
 
Qanunun qüvvəyə minməsindən sonra qanuna qarşı çıxan Avstriya Türk İslam Birliyi (ATİB), Vyana İslam Federasiyası, Avstriya İslam Mədəniyyət Mərkəzləri Birliyi və Avstriya Türk Federasiyası Konstitusiya Məhkəməsində iddia qaldıracaq.
 
Müsəlmanların dini həyatına mənfi təsir edən maddələr əks olunmuş qanun, "Müsəlmanlara qarşı ümumi şübhə, xaricindən gələn imamların qarşısının alınması, Nazirlər Kabinetinin İslami cəmiyyətlərin qəbulu və ləğvində səlahiyyətli olması, imamların universitetdə hazırlanması, məscidlərin hüquqi şəxsə çevrilməsinə məcbur edilməsi, dini tədbirlərin təhlükəsizlik səbəbilə ləğv edilməsi" və sair aspektlərdən tənqid edilir.

Google+ WhatsApp ok.ru