Aİ XİN rəhbərləri İranla əldə olunan sazişi dəstəkləyib

 Aİ-nin Xarici İşlər üzrə Şurası İran və “altılıq” arasında Tehranın nüvə proqramına dair əldə olunan razılaşmanı dəstəkləyib. Qeyd edək ki,  BMT Təhlükəsizlik Şurası Tehran və “altılıq” arasında İranın nüvə proqramına dair əldə olunan sazişi dəstəkləyən qətnamə qəbul edib.
 
Sənəd Tehranın üzərinə götürdüyü öhdəliklərin icra olunduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təsdiq edildikdən  sonra  BMT Təhlükəsizlik Şurasının xətti ilə İrana qarşı tətbiq edilmiş sanksiyaların tam ləğv olunmasını nəzərdə tutur.  
 
Sənəddə qeyd olunur ki,  BMT Təhlükəsizlik Şurası İran məsələsinin baxılmasını sazişin qüvvəyə minməsindən 10 il sonra dayandıracaq. 
 
Qeyd edək ki,  İran və “altılıq” arasında Tehranın nüvə proqramına dair hərtərəfli razılaşma iyulun 14-də əldə olunub. 

Google+ WhatsApp ok.ru