İstanbulda hökumət əleyhinə aksiya keçirilib

İstanbulda keçirilən aksiya zamanı, iştirakçılar Suruç şəhərində törədilən partlayışa görə, Ankaranın məsuliyyət daşıdığını bildiriblər.
Maide.az xəbər verir ki, Röyters-in verdiyi məlumata görə, Türkiyə polisi bazar ertəsi günü Suruçda İŞİD tərəfindən törədildiyi bildirilən terror aktı ilə əlaqədar İstanbulda keçirilən etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 
Əsasən kürdlərin məskunlaşdığı Suruçda törədilən partlayış zamanı 30 nəfərin həlak olduğu, 104 nəfərin isə yaralandığı bildirilir. 
İstanbuldan daxil olan məlumatlara görə, aksiya iştirakçıları Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyası əleyhinə şüarlar səsləndiriblər. 
Şahid ifadələrinə əsasən İstanbulun Taksim meydanında keçirilən aksiya dinc xarakter daşıyıb. Sadəcə bir neçə nəfər polisə tərəf şüşə butulkalar atıb. 
Türkiyə kürdləri rəsmi Ankaranın İŞİD terrorçuları ilə bağlı "qüsura" yol verməsindən xeyli qəzəbləniblər. 
Belə ki, PKK da bir müddət öncə rəsmi Ankaranın İŞİD qruplaşmasından Suriyada kürdlər əleyhinə istifadə etməsindən xəbər verimşdi. 
PKK Suruçda baş vermiş terror aktına görə də Türkiyə hökumətinin məsuliyyət daşıdığını bildirib./

Google+ WhatsApp ok.ru