Ayətullah Xameneidən seçki mesajı

Ali Rəhbər  Ayətullah Seyyid Əli Xamenei  İslami Şura Məclisi və Xobreqan Ekspertlər Şurası Məclisi seçkilərində  aktiv iştirak etdiklərinəgörə ölkə xalqına təşəkkür edib. 
Maide.az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin ofisi tərəfindən yayımlanan mesajda bildirilir:  Qərarlı və şüurlu  İran  xalqı  İran İslam Şura Məclisi  və Xobreqan Ekspertlər Şurası Məclisi seçkilərinə əzəmətli və görkəmli iştirakı ilə dünyaya dinə söykənən  demokratiyanı göstərdi. “Allaha  şükürlər olsun ki, İranın oyaq və qərarlı xalqı  bir daha böyük bir imtahandan başı uca çıxdı.  Onlar İslam İnqilabının  əvvəlindən indiyədək 36-cı dəfə ümumxalq seçkilərdə yadda qalan  qətiyyətliliklərini və indiki zamanda ölkənin taleyinə  sədaqətlərini göstərdilər. İki önəmli və güclü məclis üçün öz nümayəndələrini seçdilər.  Bir daha  dünyaya dinə söykənən  demokratiyanı göstərdilər. İslami İran öz xalqı ilə fəxr edir və milli gücü yeniləyən və dirçəlmək üçün yaranmış fürsətləri möhkəmləndirən qaydaları (qanunları) uca tutur. Mən özümə  borc bilirəm ki,  İslam sistemi çağırışına səs verən ümumxalq hərakatını yaratdıqlarına görə xalqa təşəkkür edim.  Allahdan bu cümə günü zəhmət çəkən və bu əzəməti yaradan xalq üçün mükafat və hidayət diləyirəm. 
ökumət rəsmilərinə -  İslam Şura Məclisi,  Xobreqan Ekspertlər Şurası Məsclisi,  icra orqan rəsmiləri və digər təşkilat və qurumlardakı bütün rəsmilərə xatırladıram ki, xalqa, ölkəyə və İslami sistemə  öz sədaqətli  xidmətləri ilə təşəkkürlərini bildirsinlər."  
 
Ayətullah Xamenei ölkə rəsmilərindən sadə yaşamağı,  ölkənin milli mənafeyini  şəxsi və qrup maraqlarından üstün tutmağı,  əcnəbilərin müdaxilərləri qarşısında cəsarətli durmağı, xainlər və bədxahların  senaryoları qarşısıdna inqilabçı  kimi reaksiya vermələri, hər zaman çihadçı düşüncə və əməl içində olmağı, bir sözlə Allaha görə və Allahın məxluqatı (xalq) üçün iş görməyi  istəyib və onlara  hər zaman proqramlarında  diqqətə  almaları zəruri  olan bu  önəmli məsələlər xatırladıb. 
 
 Ayətullah Xamenei  ölkənin inkişafını əsas hədəf olduğunu vurğulayıb və bidirib ki,  ölkənin milli izzəti və müstəqilliyi olmadan  inkişafın olması qəbul edilməzdir.  İnkişaf,  hegemon güclərin sisteminə qoşulmaq mənasında deyil.  Milli kimliyi və izzəti yalnız  daxili gücə söykənən və hərtərəfli inkişafla əldə etmək mümkindir.  Yeni Parlament  bu önəmli məsələlərlə bağlı  çox ağır öhdəlik daşıyır. 
 
"Lazım bilirəm bu əzəmətli seçkiləri keçirən şəxslərə, icraçı və müşahidəçi  şəxslərə,  təhlükəziliyi təmin edənlərə, milli televiziyaya və digər aidiyyatı qurumlara  səmimi qəlbdən təşəkkür edim. 
Allahdan hamı üçün tofiq diləyirəm", -deyə Ayətullah Xameneinin mesajında bildirilir./
  
 
 

Google+ WhatsApp ok.ru