Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə “Fatimiyyə günləri” əzadarlıq mərasimləri keçiriləcək

Ali rəhbər Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyəsində əziz Peyğəmbər Həzrət Məhəmmədin (s) qızı Xanım Fatimənin (s.ə) şəhadət münasibəti ilə martın  10-dan  14-dək  beş gecə əzadarlıq mərasimi keçiriləcək.
 
Maide.az xəbər verir ki, Həzrət Rəsul Əkrəmin(s.ə.s) əziz qızı Xanım Fatimənin(s.ə) şəhadətinin ildönümü gecəsində keçirilən bu əzadarlıq mərasimi İmam Xomeyni(rə) hüseyniyəsində axşam və gecə namazlarından sonra Ayətullah Xameneinin iştirakı ilə baş tutacaq.
 
Mərasimdə Xanım Fatimənin(s.ə) şəxsiyyəti və fəzilətləri haqda natiqlər və məddahlar çıxış edəcəklər. /

Google+ WhatsApp ok.ru