Ayətullah Xamenei 700-dən çox məhbusu əfv etdi

Ayətullah Xamenei 700-dən çox məhbusu əfv etdi

Ali  Rəhbər  Ayətullah Seyyid Əli Xamenei Peyğəmbər (s) ailəsinin səkkizinci nuru həzrət İmam Rzanın (ə) mübarək təvəllüdü və Kəramət ongünlüyü münasibəti ilə 705 dustağı əfv edib.
 
Maide.Az xəbər verir ki,  qeyd olunur ki, Ayətullah Xamenei İran Ali Məhkəməsinin sədri, ayətulla Sadiq Amoli Laricaninin müraciətinə əsasən əfv sənədini imzalayıb.
 
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.  Beləliklə, ölkənin ümumi, inqilabi və hərbi məhkəmələri tərəfindən məhkum olunmuş 705 dustaq əfv olunur. 
 

 

Google+ WhatsApp ok.ru