Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

 Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei Azad İslam Universitetinin bir qrup tələbəsinin avtoqəzada ölümü münasibətilə başsağlığı verib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
" Allahın adı ilə! 8 tələbənin müsibətli ölüm xəbəri və bir neçə tələbənin yaralanma xəbəri çox ağrılı xəbər oldu.  Bu acı hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir və Allahdan onlara rəhmət və məğfirət, yaralılar üçün Allahdan şəfa diləyirəm. Müsibətli ailələrə isə səbr və əcr diləyirəm."
 
Qeyd edək ki, İranın paytaxtı Tehranda Azad İslam Universitetinin kampus ərazisində tələbələri daşıyan avtobus aşıb. Hadisə nəticəsində 9 tələbə ölüb, 26-sı isə yaralanıb.
Xəsarət alanlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.
 
 

Google+ WhatsApp ok.ru