Ayətullah Xamenei başsağlığı verib 28 Oktyabr 2019 13:22 İslam lideri Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei görkəmli alim höccətül-islam vəl müslimin Hacı Seyid Cəfər Mürtəzanın vəfatı münasibətilə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli və çalışqan alim höccətül-islam vəl müslimin Hacı Seyid Cəfər Mürtəzanın vəfatı xəbərini dərin hüzn və kədərlə aldım. Bu görkəmli alimin İslam tarixi ilə bağlı çox dərin araşdırma və kitabları var ki, həmin kitablar çox rəvan və güclü qələmlə yazılıb. O öz kitabları ilə İslam dünyasına böyük xidmət göstərib. Mən dəyərli alimin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə, sevənlərinə və Livanın elm adamlarına başsağlığı deyirəm. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!" Qeyd edək ki, Əllamə Seyyid Cəfər Mürtəza Amuli mütəkəllim, din alimi, İslam tarixi, şiə tarixi və Əhli-Beyt (ə) sirəsi üzrə mütəxəssis, Livan və Qum elmi dini hövzələrinin tanınmış ustadlarından biri idi. Mərhum alim oktyabrın 26-da uzun sürən xətəlikdən sonra 74 yaşında vəfat edib. Teqlər : #Ayətullah,#Xamenei,#başsağlığı,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak edib - FOTO Ayətullah Xameneyi - Rəbiül-əvvəl ayı ...
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB