Ayətullah Xamenei başsağlığı verdi: Qisas ağır olacaq 03 Yanvar 2020 09:37 İslam lideri Ali Rəhbər Ayətullah Xamenei general Qasim Süleymaninin şəhadəti münasibətilə başsağlığı verib və İranda 3 gün matəm elan edib. Maide.Az “leader.ir”ə istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: “"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Əziz İran xalqı! İslamın böyük sərkərdəsi göylərə ucaldı. Ötən gecə şəhidlərin pak ruhu Qasim Süleymaninin pak ruhunu ağuşuna aldı. Dünyanın şər qüvvələri və şeytanları ilə uzun illər qorxmazcasına və xalisanə mübarizəsi və uzun illər Allah yolunda şəhid olmaq arzusu sonda əziz Süleymanini bu yüksək məqama ucaltdı. Onun qanı bəşəriyyətin ən pis tayfası tərəfindən yerə töküldü. Bu böyük şəhidliyi İmam Zaman (əc)-a və şəhidin pak ruhuna təbrik deyirəm və İran xalqına başsağılığı bildirirəm. O, İslamın və İmam Xomeyni məktəbinin tərbiyəsini görmüş ən qabaqcıl nümunə idi. O, ömrünün hamısını Allah yolunda cihad etməkdə keçirdi. Uzun illər dayanmadan çalışmasının mükafatı şəhidlik idi. Onun gedişindən sonra Allahın yardımı ilə onun işi və yolu davam etdiriləcək. Lakin ötən gecə onun və digər şəhidlərin qanına əlini bulayan cinayətkarları çox ağır qisas gözləyir. Şəhid Süleymani müqavimətin beynəlxalq simasıdır. Bütün müqavimət sevənlər onun intiqamını tələb edir. Bütün dostlar – və bütün düşmənlər – bilsinlər ki müqavimətin cihadı daha böyük əzmlə davam etdiriləcək. Qələbə bu mübarək yolun mücahidlərilədir. Bizim əziz və fədakar sərkərdəmizin olmaması acıdır lakin mübarizənin davam etdirilməsi və qələbə cinayətkarlar və qatillər üçün acı olacaq. İran xalqı sərdar şəhid Qasim Süleymaninin və onunla birlikdə şəhid olan xüsusi ilə İslamın böyük mücahidlərindən olan cənab Əbu Mehdi Əl-Mühəndisin yad və xatirəsini həmişə əziz tutacaq. Mən ölkədə 3 gün matəm elan edirəm. Şəhidin həyat yoldaşına, övladlarına və digər qohumlarına başsağılğı deyirəm.” Teqlər : #qasim süleymani,#ayətullah xamenei ,#şəhidqasimsüleymani, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei səhiyyə ocaqlarında çalışan yüzlərlə tibb bacısı ilə görüşüb - FOTO Ayətullah Sistani Ali Rəhbərə başsağlığı verdi
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB