Ayətullah Sistani  Ali Rəhbərə başsağlığı verdi

Ayətullah Sistani Ali Rəhbərə başsağlığı verdi

Həzrət Ayətullah Sistani Ali Rəhbər Ayətullah Xameneiə general Hacı Qasim Süleymaninin şəhadəti ilə bağlı başsağlığı verib. 
 
 
Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, başsağlığı mətnində bildirilir: 
 
Başsağlığı məktubunun tam mətni:
 
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
 
Allahdan gəlmişik, Ona da qayıdacağıq
 
Hörmətli Ayətullah Xamenei (Allah bərəkətini davamlı etsin)
 
Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun!
 
Uca komandan Cənab Hacı Qasim Süleymaninin (Allah ona rəhmət etsin) şəhadət xəbəri böyük təəssüf və kədərə səbəb oldu. İraqda İŞİD ünsürləri ilə müharibə illəri boyunca o mərhumun ifa etdiyi misilsiz rol, bu istiqamətdə çəkdiyi böyük zəhmətlər unudulmazdır.
 
O uca şəhidin şəhadəti münasibətilə Zati-alilərinə, möhtərəm şəhidin əziz övladları və digər yaxınlarına, bütün şərəfli İran xalqına, xüsusilə əziz Kerman əhalisinə başsağlığı verir, Mərhəmətli Allahdan o xoşbəxt mərhuma uca dərəcələr, onun yaxınlarına gözəl səbr və böyük mükafat diləyirəm.
 
Güc və Qüdrət yalnız Uca və Əzəmətli Allaha məxsusdur. 
 

Google+ WhatsApp ok.ru