Ayətullah Xameneidən mesaj: 'ABŞ-ın düşmənçiliyi mövsümi və ötəri deyil' 08 Yanvar 2020 13:32 İslam lideri “Bəziləri düşünə bilər ki, bir addım geri çəkilsək ABŞ düşmənçilikdən əl çəkəcək. Lakin bu ötəri, mövsümi deyil, daimi və amansız düşmənçilikdir. Çünki zatidir.” Maide.Az xəbər verir ki, bunu Ayətullah Xameneyi deyib. O, ABŞ-ın hərbi bazalarının vurulmasına münasibət bildirərək qeyd edib ki, qisasın vacib bir mərhələsi həyata keçirildi. “Biz onalara böyük bir sillə vurduq. Lakin, bu hərbi əməliyyatlar kifayət deyil. Əsl qisas ABŞ-ın regionda varlığının sonudur." Ayətullah Xamenei bildirib ki, düşmənin planını anlamaq, onun müqabilində isə əsas məsələlərə diqqət etmək lazımdır. “Şəhid Qasim Süleymaninin və digər şəhidlərin tabutu altında qurulmuş vəhdət qorunmalıdır. İnsanları inqilab dəyərlərinə verdiyi qiymət birləşdirməlidir. Siyasi, iqtisadi, hərbi, təhlükəsizlik məsələlərimizi gücləndirməliyik. Bəziləri deyir ki, siz ABŞ-ı qəzəbləndirəcək iş görməyin. Çox yanlış düşüncədir ki, Amerika nə zamansa təslim olacaq. Gənclərin elm, cihad, xidmət və orduda olması düşməni qəzəbləndirir.” Ali Rəhbər İran Parlementinin "Ağır intiqam" adlı son qərarı, o cümlədən İraq hökumətinin ABŞ hərbiçilərinin ölkədən çıxarılması ilə bağlı qərarı təqdirəlayiqdir adlandırıb. Teqlər : #Ayətullah,#Xameneidən,#mesaj:,#'ABŞın,#düşmənçiliyi,#mövsümi,#və,#ötəri,#deyil', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: 'Gecə ABŞ-a sillə vuruldu.Lakin bu qisas deyil, əsl qisas ...' Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB