Ayətullah Xamenei başsağlığı verib 09 Yanvar 2020 11:08 İslam lideri Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Şəhid Qasim Süleymanin dəfn mərasimində Kirmanda baş vermiş hadisə və ötən gün Ukraynaya uçan təyyarə qəzası ilə bağlı başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: ""Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Ötən iki gün ərzində baş verən üzücü hadisələrdən biri dəyərli şəhidin dəfn mərasimində əziz həmvətənlərimizdən bir qrupunun həyatını itirməsi və eləcə də sərnişin təyyarəsinin qəzaya uğraması və İranlı və digər ölkə vətəndaşlarının bu hadisədə həyatını itirməsi çox acılı və qəmli hadisələrdir. Mən hadisə qurbanlarının yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı deyirəm. Uca Yaradandan hadisə qurbanlarının yaxınlarına səbr və həyatını itirənlər üçün ən yüksək dərəcələri verməsini diləyirəm!" Teqlər : #Ayətullah,#Xamenei,#başsağlığı,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xameneidən mesaj: 'ABŞ-ın düşmənçiliyi mövsümi və ötəri deyil' Ayətullah Xamenei Şəhid Süleymani və digər şəhidlərin anım mərasimində iştirak edib – FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB