Ayətullah Xamenei: ‘Məclisdə vicdanlı və fəal nümayəndələrin olması vacibdir’ 27 May 2020 10:39 İslam lideri Məclisdə vicdanlı və fəal nümayəndələrin olması çox vacibdir. Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin İslami Şura Məclisinin 11-ci çağırışının açılışı münasibətilə göndərilən mesajı bu gün səhər Ali Rəhbərin ofisinin sədri höccətül-islam Məhəmmədi Qolpayeqani tərəfindən parlamentin ilk iclasında oxunub. Ali Rəhbərin mesajında bildirilir: “Məclis ən vacib məsələləri həll etməlidir. Daha çox mütəxəssis, nizamlı, aktiv və vicdanlı nümayəndələrdən ibarət olan məclisin olması çox vacibdir. Nümayəndələr ölkənin vəziyyəti və prioritetləri haqqında məlumat sahibi olmalıdırlar." İqtisadiyyat və mədəniyyətin ölkənin prioritetlərindən olduğunu diqqət çəkən Ayətullah Xamenei 11-ci çağırış parlamenti millət vəkillərinə aşağıdakı tövsiyələri verib: “Şəxsi və partiya maraqlarını gündəmə gətirmək, işdəki səhlənkarlıq və etnik qütbləşmə zərərli ola bilər. Deputatlar məşğulluq, istehsal, milli pulun dəyəri, inflyasiya və müqavimət iqtisadiyyatının ümumi siyasətini təşkil edən milli iqtisadiyyatın ümumi məzmunu kimi mövzuların yenidən qurulmasına diqqət yetirməlidirlər”. Hər kəsin qanuna uyğun hərəkət etməli olduğunu vurğulayan Ali Lider onu da bildirib ki, “qanun düzgün və lazımi şəkildə istifadə edilsə, ölkə ən yüksək hədəflərinə çatacaq”. Mesajda həmçinin bildirilir : “Deputatların bir biri ilə əməkdaşlığı, gənc və yeni deputatların təcrübəli deputatlarla təcrübə mübadiləsi, sağlam rəqabət, önəmli qlobal və daxili hadisələrdə inqilabı mövqe sərgiləmək, araşdırma mərkəzi və hesablama palatasına diqqət, çıxışlarda ölkənin ictimai rəyinə sabitlik və etimad bəxş etmək, icra və məhkəmə orqanları ilə qarşılıqlı əməkdaşlıq, lazımsız və zəhlətökən qanunlara yol verməmək – mənim sizə digər tövsiyələrimdir”. Teqlər : #Ayətullah,#Xamenei:,#‘Məclisdə,#vicdanlı,#və,#fəal,#nümayəndələrin,#olması,#vacibdir’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei 3 mindən çox məhbusu əfv etdi Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin olunub
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB