Ayətullah Xamenei HƏMAS rəhbərliyinə məktub yazıb

Ayətullah Xamenei HƏMAS rəhbərliyinə məktub yazıb

“İran heç vaxt məzlum Fələstin xalqını dəstəkləməkdən əl çəkməyəcək.”
 
Maide.Az  "iribnews"a istinadla xəbər verir ki,  bu barədə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin HƏMAS rəhbərliyinə ünvanladığı məktubda deyilir.
 
HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Həniyyəyə xitab edən bu məktibda İranın Fələstinlə bağlı son və bundan sonrakı mövqeyi işıqlandırılıb.
 
Məktubda deyilir:
 
“Fələstin məsələsindəki son hadisələrlə əlaqədar məktubunuzu diqqətlə araşdırdım. Müqavimətinizi təqdir edirəm, çünki Fələstin müqavimət hərəkatı öz cihadı ilə ABŞ və İsrail rejimini zəiflədib. İşğalını genişləndirmək strategiyası ilə İsrail rejimi fələstinlilərin qanuni hüquqlarını iqtisadi təzyiq və mühasirə yolu ilə məhv etməyə çalışır. Müqavimət dövrü və cəsur Fələstin xalqı məntiq, ağıl və təcrübə sayəsində sionist düşmənin təhdid və təşviqini dəf edib. Fələstin xalqı və qrupları arasındakı şüurun, birliyin və həmrəyliyin qorunması sionist düşmənin planlarının qarşısını almaqda təsirli rol oynayır. İran İslam Respublikası məzlum Fələstin xalqına öz hüquqlarının geri alınması və sionist rejimin şərrini uzaqlaşdırmaq üçün göstərdiyi çabanı dəstəkləmək istiqamətində heç bir səy və təlaşdan əsirgəməyəcək. İİR keçmişdəki kimi bundan sonra da öz insani və dini öhdəliyinə əməl edərək və İslam İnqilabının prinsiplərini həyata keçirərək, bu fəaliyyəti davam etdirəcək. "

Google+ WhatsApp ok.ru