İŞİD terrorçularının yeni hədəfi Türkiyə olacaq

Maide.az xəbər verir ki, Türkiyənin məşhur yazarı İbrahim Karagül bugünkü köşə yazısında İŞİD-in Türkiyə planı barədə yazıb: İŞİD-in ilk hədəfi şiələr idi. Suriya və İraqda hərəkətə keçmişdilər. Sünniliyi istifadə edirdilər. Bir anda strategiya dəyişib, təşkilat sünni kürdlərin üzərinə yönəlib. Bu, qəribə vəziyyət idi və bu ana qədər sözügedən dəyişiklik barədə sağlam bir açıqlamasına rast gəlməmişəm.
 
İndi, ilk deyəcəyim sözü sonra söyləyim: Bütün bölgəyə yönələn İŞİD-in Türkiyəni də vurması tam şəkildə mümkündür. Açığı, İŞİD-in cızdığı xəritəyə baxdıqda mən belə bir təcavüz qorxusu duyuram. Qarşıdakı aylarda İŞİD-in kürdlərə yönəldildiyi kimi, Türkiyəyə də yönəldiləcəyini, Türkiyəni də hədəf alacağını düşünürəm.
 
Birləri Türkiyəni bu təşkilat vasitəsilə sınayacaq. Hər kəs çox diqqətli olmalıdır."
 
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirmişdi ki, "heç kəs bizdən İŞİD-i qıcıqlandıracaq açıqlama gözləməsin."

Google+ WhatsApp ok.ru