Azərbaycanda ali məktəb rektoru vəzifəsindən azad olunub 27 Yanvar 2015 02:00 Elm, Təhsil Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov vəzifəsindən azad edilib. Maide.az xəbər verir ki, Azərbaycan Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetdə rektor dəyişikliyi dünən baş verib. Səhhətində problemlər olan ali məktəbin rektoru Eldar Qəhrəmanov öz ərizəsi ilə vəzifəsindən azad olunub. Azərbaycan Universitetinin rektoru vəzifəsinə Fərid Əhmədov təyin edilib. Yeni rektor artıq kollektivə təqdim olunub. Keçmiş rektor Eldar Qəhrəmanov isə ali məktəbdə fəaliyyətini davam etdirəcək və əvvəlki vəzifəsində - İnzibati idaerəetmə kafedrasının müdiri kimi çalışacaq. Teqlər : #Azərbaycanda ali məktəb rektoru vəzifəsindən azad olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müəllimlər ixtisara düşür? Təhsil Nazirliyindən ibtidai sinif müəllimlərinə MÜRACİƏT