Liviyanın Bakıdakı səfirliyi bağlanır

Liviyanın Bakıdakı səfirliyi bağlanır.
 
İslamazeri.az yazır ki, Liviyanın müvəqqəti hökuməti 17 ölkədə öz səfirliklərini bağlamaq qərarına gəlib. 
 
Liviyanın Xarici İşlər Nazirliyinin Liviya hökumətinə göndərdiyi yazılı müraciətdə 17 ölkədə səfirliklərin bağlanılması təklifi qəbul edilib. Bağlanan səfirliklərin funksiyasını yaxın ölkələrdə olan diplomatik missiyalar həyata keçirəcək. 
 
Liviya səfirliklərinin bağlanacağı ölkələrdən bəziləri bunlardır: Azərbaycan, Belarus, Mərkəzi Afrika Respublikası, Danimarka, Qvineya-Bisau, Nikaraqua. 
 
Qeyd edək ki, Liviya Xarici İşlər Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən diplomatik missiyaları 50% azaldacaq. /

Google+ WhatsApp ok.ru