Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz keçib

 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
 
Bu barədə Maide.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq bu gün Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilib.
 
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq keçirib.

Google+ WhatsApp ok.ru