Azərbaycan Ordusunun əsgəri şəhid olub 30 Noyabr 2015 02:00 Qarabağ xəbərləri Noyabrın 30-da qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir! Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür, bu qanlı provokasiya nəticəsiz qalmayacaq və düşmənə vurulacaq zərbə sarsıdıcı olacaq. Teqlər : #Azərbaycan Ordusunun əsgəri şəhid olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri ilə döyüşdə Azərbaycan hərbçisi yaralanıb Düşmən 98 atəş zərbəsi ilə susdurulub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni