Azərbaycan MN: Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib

Dekabrın 9-da saat 9.00 radələrində Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilotsuz uçan aparat vurulub.
 
Müdafi Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Google+ WhatsApp ok.ru