Azərbaycan Ordusunun əsgəri şəhid olub 17 Dekabr 2015 02:00 Qarabağ xəbərləri Dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindəın Maide.az-a verilən məlumata görə, Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin təxribat məqsədilə cəbhədə guya iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatların və videogörüntülərin də heç bir əsası yoxdur və həqiqətə uyğun deyil. Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir. Teqlər : #Azərbaycan Ordusunun əsgəri şəhid olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz keçib Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri görüşüb
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni